Şou-biznes

Ailə dağılırsa, günahkarı qadındır – Sərxandan QALMAQALLI AÇIQLAMA

Məşhur Sərxan Kərəmoğlu yeni açıqlamaları ilə gündəmə gəlib. 

Qlobal.net xəbər verir ki, o, “Tarixin bir günü” verilişində ailənin dağılmasının əsas səbəbkarının qadın olduğunu deyib:

“Ailə dağılırsa, orada günahkar xanımdır. Xanım istəsə əri vəzir olar, istəməsə rəzil edir. 2 uşaq dünyaya gətirdikdən sonra ərə pisdir deyən xanımlar mənim gözümün düşmənidir.  O zaman uşaq dünyaya gətirmə. 20 il əvvəl olsaydı, susardım. Amma iki uşaqla boşanırsa, günah ondadır. Hamiləlik dövründə boşanırsa, gəlin tərəfindəyəm. Qadın şiddət görürsə, anında qaçmalıdır. Yaxşı adamamsa, 6 ayda bəlli edəcəyəm. İllərlə oturub, pis adam olmağımı içimdə saxlaya bilmərəm”.

Qeyd edək ki, Sərxanın bu fikrləri verilişdə qonaq olan müğənni Aytac Vidadiqızını özündən çıxardıb.

(yenisabah.az)

Related Articles

Leave a Reply

Back to top button