"Bəzi insanlar sanki mənimlə qalmaqal etməyi özünə fəxr, yüksəliş bilir".
Qlobal.net olay-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "7 canlı" verilişinə qonaq olarkən deyib.
O, adının tez-tez TikTok davalarında hallanmasından söz açıb:
"Çox səbirsiz insanam. Mən ağızdan biraz pis adamam. Kimsə xətrimə dəyəndə fikirləşirəm ki, mən niyə onun xətrinə dəyməyim? Elə bir insanam. Əsəbi, səbirsiz, nəsə deyərsən, 10 qat cavabını alarsan".