photo_98871335
Ağstafada iki piyadanı maşın vurub

Ağstafada piyadanın vurulması yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki orta yaşlı kişini vurub.

Piyadalar xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

02.03.2022 10:17
228