photo_22569451
Ağstafada eyni yolda iki qəza: Xəsarət alanlar var

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonundan keçən hissəsində iki avtomobil qəzası olub.

“Report”un Qərb bürosunun məlumatına görə, ilk qəza VAZ və “Mercedes” markalı avtomobillərin toqquşması ilə baş verib. 

Hadisə zamanı Ağstafa rayon sakinləri - 1994-cü il təvəllüdlü E.Şəmmədov və Qazax rayon sakini, 1994-cü il təvəllüdlü A.Kərimov xəsarət alıblar. Onlardan biri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər avtomobil qəzasında isə Gürcüstan vətəndaşının idarə etdiyi TIR aşıb. Qəza zamanı avtomobilin sürücüsü, Gürcüstan vətəndaşı, 1963-cü il təvəllüdlü İvanaşvili Georgi Aleksandroviç xəsarət alıb. Ona ambulator yardım göstərilib.

22.03.2022 11:13
168