Site icon Qlobal.Net

Ağrısız şiş ölümcül ola bilər! Mütəxəssislər xəbərdar edir

lymph node closeup

Bədəninizdə heç bir ağrı hiss etmədən yaranan şişliklərə diqqət yetirmirsiniz?

Mütəxəssislər xəbərdarlıq edir: bu cür ağrısız şişliklər bəzən ciddi xəstəliklərin, hətta xərçəngin ilk əlaməti ola bilər. Onların sözlərinə görə, 1 santimetrdən böyük hər bir limfa düyünü mütləq həkim tərəfindən araşdırılmalıdır.

Limfa düyünləri niyə böyüyür?

Qlobal.net bildirir ki limfa sistemi orqanizmdəki maye dövranını təmin edən və immunitetin qorunmasında mühüm rol oynayan bir sistemdir.
Prof. Dr. Mahmut Töbü bildirib ki, limfa düyünləri orqanizmdəki zərərli maddələri süzür və xəstəliklərlə mübarizədə kömək edən limfosit adlı hüceyrələri ehtiva edir:

“Bədənimizdə üç əsas damar sistemi var: arteriyalar (atardamarlar), venalar (toplardamarlar) və limfa damar sistemi. Limfa düyünləri bir növ süzgəc kimi işləyir və bəzən müxtəlif səbəblərlə böyüyür və ya şişir.”

BUNU DA OXU: Qışda su içməyi unutmayın! Bədəniniz bu siqnalları verir


Ağrısız şişlik təhlükə siqnalıdır

Limfa düyünlərinin boyun, qoltuqaltı və qasıq nahiyəsində yerləşdiyini bildirən həkim qeyd edib ki, bəzən insanlar ağrı hiss etmədikləri üçün bu şişlikləri əhəmiyyətsiz sayırlar.
Halbuki bu, ciddi xəstəliklərin xəbərçisi ola bilər:

“Cəmiyyət arasında ‘ağrısızdırsa, təhlükəli deyil’ kimi yanlış fikir var. Əgər limfa düyünü 1 santimetrdən böyükdürsə və 2 həftədən artıq müddətdə itmirsə, mütləq həkimə müraciət edilməlidir.”


Düzenli tibbi müayinələr həyatı xilas edir

Prof. Töbü vurğulayıb ki, müntəzəm tibbi müayinələr xəstəliklərin erkən mərhələdə aşkarlanması üçün çox vacibdir:

“Limfa düyünlərinin böyüməsi bəzən limfoma və ya xərçəng kimi xəstəliklərin başlanğıcı ola bilər. Genetik meyillilik və risk faktorları olan şəxslər xüsusilə diqqətli olmalıdırlar. Bu hallarda ultrasəs müayinəsi, qan analizləri və bəzən biopsiya aparılması zəruridir.”

Limfa böyüməsinə toksoplazma kimi parazitar infeksiyalar və ya vərəm (tüberküloz) kimi xəstəliklər də səbəb ola bilər. Mütəxəssis bildirir ki, infeksiyaya bağlı şişliklər adətən ağrılı olur və 1–2 həftə ərzində keçib gedir, lakin uzunmüddətli ağrısız şişliklər ciddi siqnaldır.


Erkən diaqnoz – həyat xilas edir

Xəstəliklərin müalicəsində ən vacib amil vaxtında diaqnozdur.
Prof. Töbü bu barədə deyib:

“Erkən aşkarlanma bütün xəstəliklərin müalicəsində həlledici rol oynayır. Müalicəyə nə qədər tez başlanarsa, sağalma şansı bir o qədər yüksək olur.”

Fidan Məmmədli
Qlobal.net

Exit mobile version