"Miss Azerbaijan 2019"un qalibi Səmra Hüseynova açıqlaması ilə diqqət çəkib.
Qlobal.net bildirir ki, modelin sözləri müzakirələrə səbəb olub.
"Ağlı olan ev almaz" deyən Səmra şəhərin mərkəzində aylığı 2 min manata olan kirayə mənzildə yaşadığını etiraf edib. O, həmin evin 1 milyon dəyəri olduğunu bildirib.
"Həmin evdə 10 ildir kirayə qalıram, cəmi 60 min manat ödəmişəm. 32 yaşım var. Bundan sonra otuz il də yaşasam, 1 milyonun 300 mini gedəcək. Neynirəm ev alım? O pula istirahətə gedərəm. Evi dənizə sıfır istəyirəm, velosiped sürüm və s.
İstədiyim üslubda evlər də yoxdur. Qızılı işləmələrlə iyrənc təmir edilər. Həmçinin maşını neynirəm? Bütün günü tıxacda hamı bir-birini söyür".