Ağız qoxusu nəinki sizi, həm də ətrafınızdakı insanları narahat edən bir problemdir. Ağız qoxusu müxtəlif səbəblərdən yarana bilər. Buna yediyiniz qidalardan tutmuş, xarici amillərdə daxildir.
Bəzən ağız xaricindən gələn qoxular ola bilər. Bunlar mədə,
burun əti və yuxarı tənəffüs yolları ilə əlaqəli xəstəliklərə görə baş
verə bilər.
Qlobal.net xəbər verir ki, mütəxəssislər ağız qoxusuna qarşı zəncəfili tövsiyə edirlər.
Ağız qoxusundan xilas olmaq üçün evdə zəncəfilli qarqara
hazırlamaq lazımdır. Bunun üçün rəndələnmiş zəncəfil suyu, limon suyu və
ilıq suyu qarışdırın. İstəsəniz bu qarışığı çay şəklində də qəbul edə
bilərsiniz. Bu qarışıqla ağız qoxusundan xilas ola bilərsiniz.