651288752bbd3202309232957
Ağdərədən gedən erməni şok faktı ifşa etdi - VİDEO

Qarabağdan Ermənistana gedən ermənilərdən birinin AzTV-nin əməkdaşına verdiyi açıqlama mühüm məqamı üzə çıxarıb.

Qlobal.net xəbər verir ki, keçid məntəqəsində avtomobili xarab olan erməni sakin ona yardım edildiyini, yemək verildiyini, maşınının təmir olunduğunu bildirib.

Daha sonra Ağdərədən gəldiyini bildirən erməni sakin etiraf edib ki, əvvəllər Rusiyada yaşayıb, 9 il əvvəl isə əvvəl İrəvana, oradan da Ağdərəyə köçürülüb.

Həmçinin bildirib ki, İrəvandan çox sayda erməni Ağdərəyə köçürülüb.

Bu açıqlama Qarabağdan köçən ermənilərin əslində kimliklərini ortaya qoyur. Bəlli olur ki, bu günlər Qarabağdan tələm-tələsik çıxanların əksəriyyəti Qarabağda yaşamayan, işğaldan sonrakı illərdə bura köçürülənlərdir. İllərdir Qarabağda yaşayan ermənilərin sayı bu qanunsuz köçürmələrin hesabına artırılıb. (olke.az)


26.09.2023 11:28
show 1623