6510052aa2d34202309234514
Ağdərə boşaldılır - VİDEO
Qarabağda qanunsuz məskunlaşan ermənilər hazırda Azərbaycanın Ağdərə rayonundan təxliyə edilirlər. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 

Həmçinin Azərbaycanın "Telegram" kanallarında rayonun mərkəzindən görüntülər yayılıb. Qeyd olunub ki, ermənilər təxliyəyə hazırlaşır və proses artıq başlanıb. 

 Məlumata görə, sözügedən şəxslər Ermənistana köçürüləcək. Artıq Gorusda onlar üçün mərkəzin yaradıldığı bildirilir. 

 Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Ağdərədə kütləvi yanğınlar törətməsi ilə bağlı məlumat yaymışdı.

24.09.2023 13:44
5485