"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Həmçinin Azərbaycanın "Telegram" kanallarında rayonun mərkəzindən görüntülər yayılıb. Qeyd olunub ki, ermənilər təxliyəyə hazırlaşır və proses artıq başlanıb.
Məlumata görə, sözügedən şəxslər Ermənistana köçürüləcək. Artıq Gorusda onlar üçün mərkəzin yaradıldığı bildirilir.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Ağdərədə kütləvi yanğınlar törətməsi ilə bağlı məlumat yaymışdı.
❗️SON DƏQİQƏ
— Unikal.az (@UnikalOrgPortal) September 24, 2023
Ermənilər Ağdərədən çıxarılır. pic.twitter.com/rAwPApN3yW