671110ed23a04202410242813
Ağdaşda DƏHŞƏTLİ OLAY: Sürücü kanala düşən maşının içində boğuldu - ANBAAN VİDEO

İki gün əvvəl (15.10.2024) Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı dəhşətli görüntülər ortaya çıxıb.

Parol.az -ın əldə etdiyi kadrlarda “VAZ-21015” markalı avtomobillə Qoşaqovaq kəndi ərazisində qəza törədərək maşını ilə birgə su kanalına düşən Habil Əzizovun necə öldüyü görüntüsü əksini tapıb.

Qeyd edək ki, oktyabrın 15-i günorta saat 12 radələrində Habil Əzizov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Qoşaqovaq kəndi ərazisində qəza törədib. Nəticədə nəqliyyat vasitəsi su kanalına aşıb, sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Habil Əzizovun maşının içərisində kanalda boğulduğu o dəhşətli anları təqdim edirik:

17.10.2024 17:35
show 434