Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən dəhşətli partlayış nəticəsində həlak olanlarla bağlı yeni təfərrüat məlum olub.
Qlobal.net xəbər verir ki, hadisədə həyatını itirən 2018-ci il təvəllüdlü Natiq Namiq oğlu Quliyevi babası böyüdürmüş.
"Natiqin valideynləri - Namiq və həyat yoldaşı Bakıda işləyirdilər. Natiqə isə babası Şamiq kişi, el arasında "Knyaz" ləqəbi ilə tanınan babası baxırdı. Namiq dünən hadisəni eşidəndən sonra kəndə gəlib.
Partlayışdan sonra polis və prokurorluqdan adamlar gəldilər, hamını çıxardılar çölə. Həyətə giriş qadağan olundu. Heç kimi həyətə buraxmadılar, nə qohumları, nə qonşuları. Həyətdə araşdırma bitənə kimi heç kim oraya girə bilməyib. Yalnız meyitlər ekspertizaya aparılandan sonra camaat həyətə buraxılıb. Meyitlər ekspertiza olunublar. Çox gec bitib yoxlanış, elə oradan gətirilən kimi, gecə ilə də dəfn olunublar", - deyə əldə etdiyimiz məlumatda bildirilir./oxu.az