Ağcabədidə intihar hadisəsi baş verib.
Qlobal.net lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Şənlik kəndində qeydə alınıb.
Kənd sakini, 1965-ci il təvəllüdlü Azər İnqilab oğlu Ağayev yaşadığı evdə odlu silahla başından atəş açaraq özünü öldürüb.
İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, onun uzun müddət imiş xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.