photo_24946614
Ağalıda BƏDBƏXT HADİSƏ - 29 il sonra geri qayıdan qadının ürəyi partladı

Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndində əhalinin məskunlaşdırılması davam edir. Son üç gündə kəndə 20 ailə köçürülüb. 

Köç prosesi bədbəxt hadisə ilə müşahidə olunub. Belə ki, Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürəktutmasından vəfat edib. Kübarə Sultanovanın 57 yaşı olub.

Mərhumə doğma kənddə torpağa tapşırılıb.

Allah rəhmət eləsin. (yenisabah.az)

24.07.2022 18:58
show 394