ağadadaş

Ağadadaş Ağayev "MedEra"dakı insidentdən sonra İLK TOYUNDA - VİDEO (YENİLƏNİB)

Xalq artisti Ağadadaş Ağayevin son günlərdə hansısa toy məclisində iştirak etməsi ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.

Bunu globalinfo.az-a açıqlamasında A.Ağayevin vəkili Asim Abbasov deyib.

O, videonun yeni olmadığını bildirib: "Görüntülər yeni deyil. Ağadadaş Ağayev hazırda həkim nəzarəti altındadır. O, necə toyda və ya başqa şənliklərdə çıxış edə bilər?! İzləyicilərə feyk məlumatlara baş qoşmamağı tövsiyə edirəm. Real video olarsa, A.Ağayev özü mütləq açıqlama verəcək".

***

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində, "Medera" klinikasının mühafizəçisi ilə əlbəyaxa dava edib, A.Ağayevin atdığı balta başqa bir şəxsi - xəstəxanada çalışan qadını yaralaması olayı səngimək bilmir.

Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, dava olayından sonra Xalq artisti ilk məclisinə qatılıb.

Ağadadaş Ağayevin həmin görüntülərini təqdim edirik:

Qeyd edək ki, Xalq artistinin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Balta atdıqdan sonra "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov tərəfindən döyülən sənətçi medianın diqqət mərkəzində qalmaqda davam edir. Bəziləri Xalq artistini günahlandırsa da, bəziləri onu tərəfini tutur.

29.07.2024 06:20
show 4806