ağadadaş

Ağadadaş Ağayevin qulağına nə olub? - “Evdə…”

Xalq artisti Ağadadaş Ağayevin adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Ötən gün “MedEra” hospitalının mühafizəçisi Nurəddin Cəlilov tərəfindən döyülən xanəndə medianın diqqət mərkəzində qalmaqda davam edir.

Qlobal.net xəbər verir ki, sosial mediada yayılan görüntülərdə Xalq artistinin qulağındakı zədə nəzərəçarpacaq dərəcədə diqqəti cəlb edir. Hətta məlum insidentin bu zədə üzündən baş verdiyi iddia olunur. 

Ağadadaş Ağayevin qulağına nə olub?

“Yeni Sabah” bununla bağlı son dərəcə maraqlı məlumatlar əldə edib. Müğənninin yaxın qohumlarından biri saytımıza açıqlamasında son vaxtlar Ağadadaş Ağayevin xəstəliyinin şiddətləndiyini bildirib. Onun sözlərinə görə, səhhəti ilə əlaqədar olaraq, xanəndə stres və dərin sarsıntı keçirir. Bu isə onun tez-tez yaxın ətrafı, ailə üzvləri və dostları ilə münaqişəyə girməsinə səbəb olur.

Qohumunun dediyinə görə, belə xoşagəlməz hallardan biri də 3-4 gün əvvəl evdə baş verib və nəticədə Ağadadaş Ağayev qulağından yüngül xəsarət alıb. 

Müğənninin səhhətində baş vermiş dəyişikliklərlə əlaqədar olaraq, yaxın ətrafının son günlər onunla daha ehtiyatlı davrandığı deyilir. 

24.07.2024 13:28
show 683