ağadadaş

Ağadadaş Ağayevi neçə il həbs cəzası gözləyir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. 

Bəs buna görə onu hansı cəza tədbirləri gözləyir?

Qlobal.net xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu zaman fakt üzrə cinayət işi başlanılır.

“İlkin olaraq müstəntiq tərəfindən məhkəmə tibbi ekspertizası təyin olunur və zərər çəkmiş şəxs yoxlanışdan keçirilir. Onun bədəni üzərində olan xəsarətin həcmi və davamlılığı müəyyən olunur. Ağadadaş Ağayevin məqsədinin həmin şəxsi ölürmək olduğu müəyyən edilərsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1 maddəsinə uyğun cinayət işi başlanılacaq. Bu adam öldürməyə cəhd maddəsidir. Buna görə qanunvericilikdə nəzərdə tutulan sanksiya müddəti 9 ildən 14 ilə qədərdir. Əgər şəxsin üzərindəki xəsarət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə (yəni qəsdən sağlamlığa ağır xəsarət yetirmə) insanın görünüşünə və duyğu orqanlarına da təsir edibsə, 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur”. 

Hüquqşünas qeyd edib ki, xuliqanlıq niyyəti ilə hadisə baş verdikdə 6 ildən 11 ilə azadlıqdan məhrumetmə cəzası verilir.

“Xəsarətin dərəcəsi az olarsa, cinayəti törədən şəxs 2 il müddətinə islah işləri, 2 il azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Yüngül dərəcəli xəsarətin isə cəzası 1000 manatdan 1500 manatadək cərimə və ya 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Ağadadaş Ağayevin onkoloji xəstə olma faktı da nəzərə alınsa, onunla bağlı müvafiq həkim rəyi və xəstəlik tarixçəsi istintaqa və ya məhkəməyə vəkil tərəfindən təqdim edilərsə, bu, hökm verilən zaman nəzərə alınacaq".

23.07.2024 15:17
show 348