Ağadadaş Ağayevi döyən mühafizəçi barədə ŞOK FAKTLAR: Həbsdən yeni çıxıbmış…

Ağadadaş Ağayev video görüntülərdən göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və buna görə də ciddi həkim nəzarəti altında müalicəsini davam etdirir.
Qlobal.net
Referans.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artistinin vəkili, hüquqşünas Asim Abbasov öz şəxsi sosial media hesabında yazıb.
O bildirb ki, hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb: “Ağadadaş Ağayev həmin gün gecə saatlarında evinə olduqca yaxın olan “Medera” hospitalında qulaq nahiyəsindən ağır əməliyyat keçirtmiş, həmin gecəni ağrıdan səhərə qədər yatmamış, səhər isə yenidən qulağında şiddətli ağrılar yaranmışdır. Ağrılar dözülməz olduğu üçün o, eyvana çıxaraq “Medera” Hospitalının mühafizəçisindən köməklik istəmiş, ondan həkim çağırmasını xahiş etmişdir. Mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri və təhrikedici hərəkətləri nəticəsində tərəflər arasındakı münasibət gərginləşmişdir.
Vəkil bildirib ki, mühafizəçi N. Cəlilov həbsdən yeni çıxıb.
“N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında AR CM-nin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilmişdir. O, həbsdən yeni çıxıb. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında “xuliqanlıq” maddəsi ilə məhkum edilmişdir.
Yeri gəlmişkən onu da qeyd edim ki, Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır.

Related Articles

Bir cavab yazın

Back to top button