66a0a13f257e0202407243751

Ağadadaş Ağayev cəmiyyətdən üzr istəmək əvəzinə... - "Medera Hospital"dan CAVAB

"Medera Hospital" Xalq artisti Ağadadaş Ağayevlə bağlı yaranmış hadisəyə münasibət bildirib

 "Medera Hospital"dan Ucnoqta.az-a bildirilib ki, Ağadadaş Ağayev və "Vətən N" mühafizə şirkətinin işcisi Nurəddin Cəlilovla arasında yaranam qalmaqalda hospitalın hec bir əlaqəsi yoxdur.

Bildirilir ki, bu hadisədən bir gün öncə, 21 iyul axşam saatlarında səhhətində yaranan problemlə bağlı hospitala müraciət edən Ağadadaş Ağayevə müfaviq tibbi yardım göstərilib və o evə buraxılıb:

"Səhəri gün, saat 7 radələrində “Vətən N “ mühafizə şirkətinin mühafizəçisi Nurəddin Cəlilova qarşı soyuq silah, balta ilə hücumunun “Medera” hospitalin ərazisində yaşanıb. Sadəcə özünün qanun və cəmiyyətdəki davranış qaydalarından üstün hesab edən Ağadadaş Ağayevın törətdiyi xuliqanlıq nəticəsində hospitalın əməkdaşı Nəzakət Paşayeva ayağından xəsarət alıb. Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta Nürəddin Cəlilovun hücumdan yayınmasından sonra divara dəyərək istiqamətini dəyişib və Nəzakət Paşayevaya dəyib.

Xalq artisti adına yaraşmayan bu hadisə daha ağır nəticə ilə də başa çata bilərdi. 
Hospitalın əməkdaşlarının və xəstələrin həyatına təhlükə yaradan Ağadadaş Ağayev cəmiyyətdən üzr istəmək, özünü ədalətə təslim etmək əvəzinə böyüdüləcək bir hadisə olmadığını bildirib. Cəmiyyətə və qanunlara meydan oxuyan Ağadadaş Ağayevin qarşısını alan isə mühafizəçi Nurəddin Cəlilov olub. Nurəddin Cəlilovun müqavimətindən sonra Ağadadaş Ağayev geri çəkilmək məcburiyyətində qalıb.

Məlumat üçün qeyd edək ki, Nürəddin Cəlilov “Vətən N” Mühafizə Şirkətinin rəhbəri Valeh Sultanov  ilə baglanmış muqaviləyə əsasən hospitalın mühafizəsini həyata keçirir. Ağadadaş Ağayevin hücumunun qarşısını alarkən Nürəddin Cəlilov burnundan xəsarət alıb. Bununla bağlı klinikaya müraciət etmiş və ona tibbi yardim göstərilmişdir".                                                                                                                                                                                                        

24.07.2024 10:33
show 1259