15.10.2021
22:23
50

AFFA-dan “Təşkilat” serialındakı görüntülərlə bağlı AÇIQLAMA - FOTO

Loading...
“Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümünün anonsunu izlədiyimiz zaman filmdəki bəzi xarakterləri canlandıran aktyorların istifadə etdiyi idman geyimlərinin üzərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının loqotipinin olması bizim üçün təəccüblü və gözlənilməz oldu”

"Ölkə.Az"ın məlumatına görə, bu sözlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Facebook” profilində paylaşılıb. 

Bildirilib ki, AFFA ilə TRT və ya serialın yaradıcı qrupu arasında əməkdaşlıq müqaviləsi və hər hansı digər razılaşma yoxdur.

“Serialın istehsalçısı olan “TIMS&B productions” şirkəti ilə əlaqə saxlanılıb. Qeyd olunub ki, gələcəkdə AFFA-nın loqosundan istifadə olunması nəzərdə tutularsa, öncədən AFFA-ya məlumat verilsin” – deyə bildirlib.

Loading...