675063f6846a9202412241518

Afət Telmanqızına vəzifə verildi

Əməkdar jurnalist, "LAF" TV-nin təsisçilərindən olan Afət Telmanqızı yeni vəzifəyə təyin olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, Afət Telmanqızı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

A.Telmanqızının mətbuatda ilk rəsmi iş yeri 1997-ci ildə "Hürriyyət" qəzeti olub.

2000-ci illərdə "Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. "Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub. 

ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru olub. Real TV-də şef redaktor işləyib. 

2020-ci il mayın 28-də həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.

04.12.2024 18:14
show 177