Müğənni Afət Fərmanqızı qalmaqal yaradan açıqlama verib.
Qlobal.net xəbər
verir ki, o şəxsi "Instagram" hesabında tanıdığı bir xanımın ərinin
həmkarı və rəfiqəsi Təranə Qumralı sevdiyini və onun mahnıları ilə
yatdığını yazıb: "Bilə-bilə
ki, yanındakı adam Təranə Qumralı sevir, yenə onunla yaşayırsan. Sən
bilirsən sənin "ər" dediyin hər gecə onun mahnıları ilə yuxuya gedir.
Səhifəndə də özündən başqa hamı var. Vaxtın olanda özündən də bir şey
paylaş, "fonoqram" ərini də göstər. Guya ərə gedib. Bir özünə bax, gör
sən nə gündəsən? Səni almayıblar, “kruçoka” salmısan yazıq kişini,
canını qurtara bilmir səndən. Özünü də tülkülüyə vurub, ”xanım” kimi
aparmaq istəyirsən, maskanı cırdım. Yadındadır, ərin dediyin sənin
yanına gəlmirdi. Kişini gətirtmək ücün uşağı yatırdıb, kişinin şəklini
uşağın qucaqına qoyub, şəklini çəkib, kişiyə atırdın ki, nə olar gəl,
uşaq şəklinlə yatır. O yazıq da sənin fırıldağını nə bilsin? İndi
biləcək".
Cebhe.info-ya açıqlamasında Təranə Qumral onu hər kəsin sevə biləcəyini bildirib: "Məni hər kəs sevə bilər. Mən müğənniyəm, sevilməliyəm də. Baxaram görüm nə yazıb, görməmişəm. Təşəkkür edirəm".
Qeyd
edək ki, izləyicilər şərhlərdə həmin şəxsin müğənni Nazənin olduğunu
yazıblar. Vaxtilə Nazəninlə Təranə Qumral arasında “Səni ərimlə tutdum”
ittihamına görə qalmaqal yaşanıb. Tərəflər arasında dava ANS kanalındakı
“Bazar səhəri” verilişindən başlayıb. Canlı efirə zəng edən Nazənin
orada qonaq olan Təranə Qumrala “Səni ərimlə tutdum” deyə bildirib.
T.Qumral isə “Nazənin 7 dəfə ərdə olub” deyərək qarşı tərəfin ittihamını
cavabsız buraxmayıb.