6533838aef1d7202310235346
Afət həmkarlarını yıxıb-sürüdü: “Bic doğub..." - VİDEO

Müğənni Afət Fərmanqızı sənətçi həmkarlarını tənqid atəşinə tutub.

Qlobal.net publika.az-a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında canlı yayım açan ifaçı həmkarı Vəfa Şərifova ilə qalmaqalından danışıb.

Daha sonra həmkarlarının şəxsi həyatı barədə danışan Fərmanqızı ad çəkməkdən onlara ultimatum göndərib: "Türkiyədə "Söylemezsem olmaz" adlı proqram var, mən də izləyirdim. Orada başqasının əmlakını, ərini, haqqını ələ keçirən adamları boykot edirlər, həmin şəxs cəmiyyətə çıxanda utanır. Bizdəki bəzi başdanxarablar isə belələrinə 2-3 min dollar verib gətirib toylarında oxudurlar. Kül olsun elə onu toyuna gətirib oxudan adamın başına ki, bəy-gəlinin xoş gününə ailə dağıdanı gətirir ki, gəl, sən oxu. Şou-biznesdə belələri çoxdur. Bizim sənətin adı belələrinə görə ləkəlidir. Yuva yıxanın yuvası olmaz. Vaxt ikən bu yoldan qayıt. 10 il sonra uşaqların böyüyəcək. Biz tərəfdə belələrinə bic deyirlər. Doğub uşaqları da gələcəkdə bədbəxt etməyin! Gedin subay, kasıb bir oğlan tapın ondan doğun da. Gərək elə varlı, şəmkirli olsun?!"

Həmin görüntüləri təqdim edirik:


21.10.2023 11:52
show 2369