afət
Afət Fərmanqızı saxlanıldı -VİDEO (YENİLƏNDİ)

Yerli mediada hava limanında saxlanılma xəbəri yayılan müğənni Afət Fərmanqızı açıqlama verib. 

Oxu24.com xəbər verir ki, müğənni sayta açıqlamasında bildirib ki, yayılan xəbər yalandır. 

O, həyat yoldaşı ilə birgə görüntülərini özəl olaraq saytımıza təqdim edib. 

Müğənninin hava limanından görüntüsünü təqdim edirik:

 

 

 

***

Müğənni Afət Fərmanqızı saxlanılıb.

Qlobal.net bildirir ki, bakupost.az -ın məlumatına görə, müğənni Afət Fərmanqızı polis əməkdaşları tərəfindən bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq aidiyyatı üzrə məhkəməyə təhvil verilib.

Qeyd edək ki, müğənni Afət Fərmanqızı bu gün səhər saatlarında Moskva-Bakı reysiyə Azərbaycana gəlib.

Xalq artisti Flora Kərimovayla olan məhkəmə çəkişməsinə görə Afət Fərmanqızı barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən barəsində həbsiz axtarış elan olunub.

27.05.2024 17:01
show 466