Səhhəti ilə bağlı efirdən uzaqlaşan aparıcı Afaq Gəncəlinin xəstəliyi bəlli olub.
Qlobal.net olay-a istinadən xəbər verir ki, onun zobdan (Qalxanabənzər vəzinin həcminin böyüməsi - red.) əziyyət çəkdiyi öyrənilib.
Bu barədə "Səhərin səsi" verilişinin aparıcısı Samir Bayramlı proqramda deyib.
"Afaqla danışmışam. Zob xəstəliyindən əməliyyat keçirib. Bir ay ona çox danışmaq olmaz. Sentyabrdan yenə də işlərinin başına qayıdacaq", - deyə, Samir qeyd edib.
Xatırladaq ki, bir müddət öncə A. Gəncəli açıqlama verərək səhhəti ilə bağlı "Səhər mərkəzi" verilişindən uzaqlaşdığını söyləmişdi. Onun yerinə isə efirə layihənin redaktoru Aysel Novruzova gəlib.