28.09.2021
16:33
192

Afaq Gəncəlini kimin əvəz edəcəyi bilindi

Loading...

Uzun illər Afaq Gəncəlinin təqdimatında nümayiş olunan "ATV maqazin onlarla" proqramının yeni aparıcısı bəlli olub.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, verilişə yeni televiziya mövsümündən Nanə Ağamalıyeva aparıcılıq edəcək.

Proqramın yeni buraxılışları yaxın günlərdə tamaşaçılara təqdim ediləcək.

Qeyd edək ki, Nanə ATV-də "Günün sədası", "Nanəli" proqramlarını aparırdı.

Afaq Gəncəli bir müddət əvvəl ATV ilə yollarını ayırıb və bundan sonra fəaliyyətini Xəzər TV-də davam etdirəcək. Onunla birlikdə verilişin redaktoru Ruslan Ağayev, prodüseri Tural Nəbiyev də işdən ayrılıb.

Afaq Gəncəlini kimin əvəz edəcəyi bilindiAfaq Gəncəlini kimin əvəz edəcəyi bilindi

Loading...