Aparıcı Afaq Gəncəli küsülü olduğu müğənni Nura Suri ilə barışdığını açıqlayıb.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu haqda aparıcı "Balkanla gecə turu" verilişinə müsahibəsində məlumat verib.
Afaq bildirib ki, qatıldığı tədbirlərin birində Nura ilə üz-üzə gələrək, küsülülüyə son qoyub: "Kinli insan deyiləm. Uzun-uzadı da küsülü qala bilmirəm. Səidə Sultanın
toyunda eyni masada əyləşsək də, görüşmədik. Bu küsülülüyü "boş verək".
Aramızda heç nə olmadı - "Salam, əleyküm salam". Sağ-salamat... Kinli
olmadığıma görə bir müddət sonra hər şey yadımdan çıxır. Bir də görürsən
ki, danışmadığım insana qeyri-ixtiyari salam verə bilirəm. Sonra yadıma
düşür, deyirəm ki, "Ay da..." Amma sonra deyirəm ki, yaxşı etdim,
ürəyimdən gəldi "salam" verdim. Deməli içimdə kin yoxdur".
Qeyd edək ki, A.Gəncəli ilə N.Surinin küsülülüyünə səbəb Afaqın
aparıcısı olduğu verilişdə müğənni Ayan Babakişiyevaya verdiyi "Sən də
bir gün Oksana Rəsulova kimi cəsarətli olub, qızının atasının kim
olduğunu rahat deyə bilərsən" sualı olmuşdu.
Belə ki, Nura Ayanın tərəfini saxlayaraq Afaqı bu cür sual verdiyinə
görə qınamışdı. Sonra isə N.Suri A.Gəncəli ilə danışmadığını və "Uman
yerdən küsərlər" açıqlamasını vermişdi.