Bir
müddət öncə Xalq artisti Afaq Bəşirqızının görüntüsü müzakirələrə səbəb
olmuşdu. Onun yeriməkdə çətinlik çəkdiyi iddia olunurdu. Martın 8-də isə
Xalq artisti “Bu şəhərdə” komandasının tamaşasında görüntülənmişdi.
Afaq Bəşirqızının səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxladıq.
Xalq artisti açıqlamasında bildirdi ki, özünü çox yaxşı hiss edir: “Heç gör, Məleykə Əsədovadan yazırlar ki, qəşəng oxuyur, qəşəng səsi var. Nadir istedaddır, amma bu haqda yazmırlar”.
Afaq Bəşirqızı səhnəyə qayıtmaq istəyindən də danışdı: “Bəli,
teatra gedirəm, sıx əlaqəm var. Bayram ərəfəsi olduğu üçün teatrda
işlər çoxdur. Hazırlanan tamaşalar var. Səhnəyə qayıtmaq fikrim var.
Sadəcə, Əməkdar artist Ələkbər Əliyev belindən cərrahiyyə əməliyyatı
olunub. Bu vəziyyətdə rol ifa edə bilməz. İstəyirik, “Toya bir gün
qalmış” tamaşasını oynayaq. Yeni bir tamaşa da var. İndidən bu haqda
danışmaq istəmirəm, bu barədə ilk açıqlamanı sizə
verəcəm”.(Musavat.com)