Müğənni Afaq Aslan onu təhqir edənlərə cavab verib.
Qlobal.net xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan ifaçı belə insanlara sərt mesaj göndərib:
“Görəsən, səhifələrdəki xəbərlərin altına məşhurların ünvanına təhqir
yazanların öz ailələrindən yaxud evdəkilərindən – arvadından,
uşağından, bacısından xəbəri varmı? Bax, bu sual mənim üçün çox
maraqlıdır. Evdə ailəsinin namusundan, qeyrətindən bixəbər olanların
hamısı sosial şəbəkələrdə nədənsə namus, qeyrət ağacına çevriliblər.
Çünki başı ailəsinin qeyrət, namusunu çəkməyə qarışan insanların girib
sosial şəbəkələrdə başqalarının ünvanına tənqid, təhqir yazmağa zamanı
olmaz!”
Qeyd edək ki, A.Aslan ötən il Dubaya köçüb. Onun əmirlikdə biznesmenlə nişanlandığı barədə məlumatlar yayılıb. (yenisabah)