Adnanın məşhur yaxtası görün harada peyda oldu – Sirlər açılır

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin məşhur yaxtası İspaniyanın Barselona şəhərində peyda olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Dongcast” məlumat yayıb.
Sözügedən yaxta 42 gündür Barselona sahillərində Marşal Adaları bayrağı altında lövbər salıb.
Bildirilib ki, A.Əhmədzadə vergi yoxlamalarından yayınmaq üçün yaxtanın adını “Qalaktika Super Nova”dan “Gaja”ya dəyişib.
Bir qədər əvvəl yayılan məlumatda qeyd olunurdu ki, “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 108 milyon dollarlıq “Qalaktika Super Nova” superyaxtasını Adnan Əhmədzadənin adına rəsmiləşdirib.
Teleqraf yazır ki, bu, Ələkbərovun yaxtanı tam olaraq Əhmədzadəyə hədiyyə etməsi anlamına gəlmir.
Məsələ burasındadır ki, artıq sanksiya altında olduğunu başa düşən Vahid Ələkbərov oğlu Yusif Ələkbərovla birlikdə özlərinə dost hesab etdikləri Adnan Əhmədzadənin qanadı altında daha iki superyaxtanı gizləyməyə cəhd ediblər. Bunlar “GENESİS” (Vahid Ələkbərova məxsus) və “ULTRA G” (Yusif Ələkbərova məxsus) superyaxtaları olub.
Razılaşma isə belə olub: “Sən mənə neftlə kömək et, mən də yaxtalarını gizlədim”.
Hazırda Barselona sahillərində lövbər salan yaxta Azərbaycan dövlətinə xəyanət müqabilində Əhmədzadəyə verilib.
Qeyd edək ki, son günlər Adnan Əhmədzadə ilə bağlı skandal faktlar yayılıb. Belə ki, əvvəlcə onun Dubaydakı süni adada “eskort qadın mafiyası” yaratdığı və onlardan öz cinayətləri üçün istifadə etdiyi üzə çıxıb. Bundan başqa, Əhmədzadənin Rumıniyada dəhşətli cinayətlər yol verdiyi, şantaj və saxtakarlıqlara əl atması haqda məlumat dərc olunub.
Xatırladaq ki, Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.




