Cəmiyyət

Adnan Əhmədzadənin həbsindən sonra arvadı bu addımı atdı: Dərhal şəkilləri sildi

SOCAR-ın investisiya üzrə sabiq sədr müavini Adnan Əhmədzadənin həbsi ilə bağlı xəbərlərdən sonra həyat yoldaşı sosial şəbəkə paylaşımlarına “əl gəzdirib”.

Bakupost.az xəbər verir ki, Gülsəfa Cəfərova sosial şəbəkə hesabında dəbdəbəli həyat tərzini əks etdirən fotolar və videolar paylaşırdı. Lakin A.Əhmədzadənin həbsi ilə bağlı xəbərlər yayıldıqdan sonra o, həmin paylaşımların bir çoxunu sildi.

2025 09 20 14 39 43cfaplsdsqsivdherduab file 1758371184

Qeyd edək ki, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunaraq saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Xatırladaq ki, bu gün Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

2025 09 20 14 39 33t80fmfpjuumjdyih34of file 1758371136

2025 09 20 14 29 49y31dlyfdy3bwgpcynt2a file 1758371201

Related Articles

Leave a Reply

Back to top button