Cəmiyyət

Adnan Əhmədzadəni daha bir şirkəti üzə çıxdı

Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə aid daha bir şirkət məlum olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət “AZCHEMCO” MMC-dən gedir.

2020-ci ilin 28 oktyabrında dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Ruslan Akçurindir.

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ev 15-də qeydiyyatda olan şirkətin işi kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri və preparatlarının istehsalı, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasınıdan ibarətdir.

Şirkətin alt brendləri isə “Azveco”, “Azfruco” və “Black Terra”dır. “Azveco” Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyada yetişdirilən tərəvəzləri Körfəz ölkələrinə çatdırır.

965

“Azfruco” isə yuxarıda qeyd edilən ölkələrin meyvələrini Körfəz ölkələrinə daşımaqla fəaliyyət göstərir.

“Black Terra”nın fəaliyyəti isə mikrobioloji həllər vasitəsilə yararsız torpaqları münbit torpağa çevirir.

Bundan başqa, “AgriBazar” şirkəti də “AZCHEMCO”nun tərkibindədir ki, bu da kənd təsərrüfatı, texnologiya və insanları bir araya gətirən mərkəzdir.

“AZCHEMCO”nun partnyorları arasında “SOCAR LOGİSTİCS DMCC”, “SOCAR CARBAMİDE PLANT”, “AZERBAZALT” Elmi İstehsalat Birliyi, “Caspian Railroad Company”, “Azbrand”, “Azferco”, “Caspian Logistics Solutions”, “İntertek”, “Dreymoor”, “Azersulfate” kimi şirkətlər daxildir.

Maraqlı məqamlardan biri də “AZCHEMCO”nun 2023-cü ildə “Azərxalça” ilə əməkdaşlıq anlaşmasıdır. Anlaşmaya əsasən, “Azərxalça” “AZCHEMCO” şirkətinin loqosu olan məhdud sayda xalçalar istehsal etməyə başlayıb. Gələcəkdə şirkət bu xalçaları öz tərəfdaşlarına, o cümlədən çoxlu sayda iri beynəlxalq şirkət və assosiasiyalara təqdim etməyi planlaşdırıb.

Bu məqamda vurğulamaq yerinə düşər ki, Adnan Əhmədzadə ulduz futbolçu Lionel Messi ilə görüşərkən ona da xalça hədiyyə etmişdi. İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta “Azərxalça”da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunmuşdu.

Adnan Əhmədzadə tərəfindən Azərbaycana gətirilən dünya futbolunun əfsanəvi simalarından biri, Braziliya millisi, “Barselona”nın sabiq futbolçusu Ronaldinyo da COP29 məkanında “AZCHEMCO” pavilyonunu ziyarət edib. Onu povilyonla şirkətin hazırkı direktoru Ruslan Akçurin tanış edib.

Fotoda Ruslan Akçurin və Ronaldinyo

ronaldinyo

Eyni tədbirdə İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laportaya da “Azərxalça”da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunmuşdu. Tədbirdə Laportanı şəxsən Əhmədzadə müşayiət edirdi.

laporta

Qeyd edək ki, daha öncəki məlumatlarda “AZCHEMCO”nun təsisçisi kimi Levent Özdemirin adı çəkilib.

Related Articles

Leave a Reply

Back to top button