Cəmiyyət

Adnan Əhmədzadə ilə bağlı yeni istintaq başladı – ŞOK FAKTLAR

SOCAR-ın İnvestisiya Departamentinin hazırda həbsdə olan sabiq rəis müavini Adnan Əhmədzadə barəsində yeni məlumatlar yayılıb.

Lent.az-ın məlumatına görə, onunla bağlı beynəlxalq araşdırmalar aparılıb və Dubayda haqqında istintaq başladılıb.

“Manifold Times” və “First Truth & Transparency Committee” nəşrlərinin məlumatına görə, istintaq Əhmədzadəni ofşor şirkətlər və vasitəçilər şəbəkəsindən istifadə etməklə neft ixracından, eləcə də bunker əməliyyatlarından əldə olunan gəlirləri gizlətməkdə, bununla yanaşı xaricdə saxta şəxslərin adına rəsmiləşdirilmiş dəbdəbəli əmlak, nəqliyyat vasitələri, həmçinin maliyyə hesabları saxlayaraq mənfəəti ölkədən kənara çıxarmaqda şübhəli bilir.

Əhmədzadənin “süqut”u onun keçmiş statusu ilə kəskin ziddiyyət təşkil edir. “IntelliNews” yazır ki, beynəlxalq tədbirlərdə çıxış edən, dünya idman xadimləri və Qərb biznes elitası ilə əlaqələr saxlayan keçmiş “neft şahzadəsi”nin imici 2025-ci ilin ortalarında dağıldı. Bildirilir ki, dövlətin apardığı daxili yoxlamalar onun şirkətlərinin fəaliyyətində bir sıra pozuntular aşkarlayıb və bu maliyyə araşdırmasını siyasi qalmaqala çevirib.

“TradeWinds News” agentliyinin yaydığı məlumatda göstərilir ki, Dubayda aparılan paralel istintaqlar Əhmədzadə ilə əlaqəli strukturların bir neçə saxta şirkət vasitəsilə bunker təchizatı, yanacaq qarışdırılması və gəmilərin fraxtlaşdırılması ilə məşğul olduğunu üzə çıxarıb. Bu əməliyyatlardan biri sabotaj və mənimsəmə ittihamları ilə məhkəmə işinə çevrilərək, Əhmədzadənin tərəfdaşlarını beynəlxalq hüquqi çəkişmələrə cəlb edib.

Məsələdən xəbərdar şəxslərin bildirdiyinə görə, Əhmədzadənin ofşor şəbəkəsi dövlət gəlirlərini yönləndirir, eyni zamanda Qərb sanksiyalarını dolanan rus oliqarxları üçün kommersiya örtüyü rolunu oynayırdı. Əhmədzadə öz şirkətləri, eləcə də dəniz aktivləri vasitəsilə sanksiyalaşdırılmış nefti Azərbaycan və BƏƏ üzərindən üçüncü vasitəçilərlə daşıyır, yüklərin real mənşəyini, həmçinin sahiblik zəncirini gizlədirdi.

Birləşmiş Ərəb Əmirlikləri onun logistika şəbəkəsinin əsas qovşağı idi. Şirkətlərindən bir neçəsi Fuceyra bunker bazarı ilə əlaqəni saxlayır, bu marşrutdan qarışıq və ya mənşəyi bilinməyən neft, o cümlədən Rusiya və Xəzər mənşəli yüklər keçirilirdi.

FTTC-nin hesabatına görə, Əhmədzadənin saxlanılması “ölkənin xaricdə nüfuzuna zərər vuran fəaliyyətlərdən milli iqtisadi təhlükəsizliyin qorunmasına” yönəlmiş daha geniş antikorrupsiya kampaniyasının bir hissəsidir. Analitiklər bunu həm hüquqi, həm də siyasi hərəkət kimi qiymətləndirirlər: həddən artıq müstəqil fəaliyyət göstərən təsirli fiqurun kənarlaşdırılması və eyni zamanda iqtisadi elitanın digər nümayəndələrinə siqnalın verilməsi.

Maltese Herald tərəfindən aparılan araşdırma göstərib ki, Əhmədzadənin şəbəkəsi Maltada da mövcud olub. Əlaqəli şirkətlər burada neft saxlayır və yerli limanlardan re-eksport üçün istifadə edirdi; iddialara görə, Avropa İttifaqının sanksiyalaşdırılmış neftlə bağlı qeyri-şəffaf dəniz axınlarına diqqəti artmasına baxmayaraq, Maltanın tənzimləyici qurumları buna göz yumub.

Diplomatik şərhçilər qeyd edirlər ki, Bakı bu kimi təcrübələrdən uzaqlaşmağa çalışır, xüsusilə çoxsaylı məlumatlarda azərbaycanlı vasitəçilərin Rusiya “kölgə donanması” ilə əlaqələndirilməsindən sonra Brüssellə münasibətləri yaxşılaşdırmaq məqsədilə.

Bluesky sızmasından sonra istintaqçılar və dəniz məlumatları üzrə mütəxəssislər Əhmədzadə ilə əlaqəli şirkətlər tərəfindən idarə olunan və ya nəzarət edilən bütöv tanker donanmasını aşkarlayıblar. Bu gəmilər xam neft və neft məhsullarının daşınmasında istifadə olunub və onun ticarət əməliyyatlarının əsas logistika sütununu təşkil edib. Mövcud məlumatlara görə, bu gəmilərin çoxu Qara dəniz, Aralıq dənizi və Fars körfəzində dövr edir, bəzən gəmidən-gəmiyə yükləmə və yüklərin mənşəyinin dəyişdirilməsi (reemarka) həyata keçirilirdi.

Related Articles

Bir cavab yazın

Back to top button