6381be91103f7202211222153
Adını eşidənlər şoka düşür: Ölkədə bu addan bir dənədir - FOTO/VİDEO

Türkiyənin Amasya bölgəsində  yaşayan 'Ənson' adlı vətəndaşın adını eşidənlər heyrətlərini gizlədə bilmir.

Qlobal.net Türkiyə mediasına istinadən xəbər verir ki,Türkiyədə yalnız bu ada sahib olduğunu deyən Ənson Çoban adını bəyəndiyini, lakin bəzən adından dolayı çətinlik çəkdiyini bildirib. O, adını sübut etmək üçün tez-tez kimliyini göstərməli olur.

Rəsmi qurumlarda və banklarda rastlaşdığı məmurların Türkiyədə bənzəri olmayan adını eşidəndə təəccübləndiyini bildirən Enson Çoban onu razı salmaq üçün şəxsiyyətini, hətta nikah şəhadətnaməsini belə göstərməli olduğunu bildirib.

İllərlə yol tikintisində fəhlə işlədikdən sonra məmləkəti Amasya, Suluovada məskunlaşan evli və 3 uşaq atası Enson Çoban, “Məndən əvvəl 6 qardaşım vardı. Mən doğulanda qonşularımız deyirdilər ki, uşaq bəsdir, bu sonuncu olsun. Anam və atam da mənə “Ənson” adını qoyublar. Amma sonra mənim başqa qardaşım oldu” deyir.

Adını ilk dəfə eşidən hər kəsin təəccübləndiyini açıqlayan 67 yaşlı Ənson Çoban “Türkiyədə mənim bir adaşığım yoxdur. Bəlkə də dünyada yoxdur. Qaziantepdə əməliyyat etmək üçün girdiyim bankda şəxsiyyət vəsiqəmə yazılan ada inana bilmədilər. Biz onu nikah şəhadətnaməsinə gətirib çıxardıq. Hətta sürücülük vəsiqəmi, işlədiyim tikinti sahəsindən aldığım vəsiqəni göstərdim. " deyir. (oxu24.com)

 


26.11.2022 11:18
1430