65adf747beb9e202401240407
Adı məşhur iş adamı hallandırılan Ayselin LÜKS VİLLASI - VİDEO

Adı məşhur iş adamı "Yetim Elçin" ilə hallandırılan müğənni Aysel Əlizadənin lüks villası görənləri heyrətləndirib.

Qlobal.net titul.az-a istinadən xəbər verir ki, Aysel "Evdəkilərə salam" verilişinin efirində yaşadığı villasını ilk dəfə təqdim edib.

Müğənni bildirib ki, qışda da bu bağ evində qalmağı seçib. Aysel səbəbinin bu evinin daha gen-bol olması ilə izah edib.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri Elçin Nəcəfovla ("Yetim" Elçin) münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı "Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm..." kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın dediklərini şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. İddia 4 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Ali Məhkəmədə yekun qərar çıxarılıb. Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 2 min manat təzminat ödəməlidir. O, eyni zamanda üzr istəməli və dediklərini təkzib etməlidir. 

A.Əlizadənin lüks villasının görüntülərini təqdim edirik:


22.01.2024 09:03
show 1405