acun
Acun Ilıcalının qızının ayaqqabısının qiyməti dodaq uçuqlatdı
Məşhur iş adamı Acun Ilıcalının qızı Yaseminin ayaqqabısının qiyməti sosial mediada müzakirələrə səbəb olub.
Qlobal.net xəbər verir ki, Ilıcalının qızının ayaqqabısının dəyərinin 10 min TL (təxminən 913 manat) olması gündəm olub.
Bəzi sosial media istifadəçilərinin isə "Normaldır, o geyinməyəcək, kim geyinəcək?" kimi şərhləri də diqqət çəkib.
Qeyd edək ki, Türkiyənin ən varlı adamları arasında yer alan məşhur prodüser Acun Ilıcalının sosial media hesabında qızları ilə fotosunu "Xoşbəxtlik" başlığı ilə paylaşmasından sonra sözügedən müzakirələr başlayıb.    
26.10.2022 13:19
show 767