Məşhur türkiyəli iş adamı və teleaparıcı Acun Ilıcalı uzun müddətdir birlikdə olduğu sevgilisi Ayça Çağla Altunkaya ilə bu axşam nikah masasına oturub.
Qlobal.net xəbər verir ki, sənət və idman dünyasından bir çox tanınmış simalar bu möhtəşəm toya dəvət olunublar.
Gəlin və bəy toyu keçiriləcək məkana qayıqla gəliblər. Bu, İstanbulun ən gözəl məkanlarından birində keçirilən və böyük maraqla gözlənilən toylardan biri olub. Sosial mediada paylaşılan hazırlıq görüntüləri izləyiciləri heyran qoyub.
Qeyd edək ki, Acun Ilıcalı Türkiyənin ən uğurlu media adamlarından biridir. O, bir çox populyar televiziya layihələrinin yaradıcısı və aparıcısıdır. Ayça Çağla Altunkaya isə modelyerliklə məşğuldur və öz geyim brendinə sahibdir. Cütlük uzun müddətdir sevgili olsa da, münasibətlərini gizli saxlayırdılar. Nəhayət, onlar bu möhtəşəm toyla ailə həyatı qurdular. (sfera.az)