Nəsrin Cavadzadə 30 iyul 1982-ci ildə Bakıda anadan olmuş azərbaycan əsilli Türkiyə kino və televiziya aktrisasıdır. 11 yaşında anası ilə birlikdə Türkiyəyə köçüb və İstanbulda təhsil alıbr. Mərmərə Universitetinin Kino və Televiziya fakültəsini bitirib, tələbəlik illərində beş qısa film çəkib.
Qlobal.net xəbər verir ki, aktrisa kimi karyerasına 2003-cü ildə başlayan Nəsrin Cavadzadə, "Yersiz-yurtsuz", "Bizim hekayə", "Yasak alma", "Üç kuruş" və "Şahane həyatım", "Sandık kokusu" kimi məşhur seriallarda rol alıb.
Kino sahəsində də uğurlar qazanmış, "Gözəl günlər görəcəyik" filmindəki roluna görə 2011-ci ildə Antalya Qızıl Portağal Film Festivalında ən yaxşı köməkçi aktrisa, "Kuzu" filmindəki roluna görə isə 2014-cü ildə ən yaxşı aktrisa mükafatlarını qazanıb.
Nəsrin Cavadzadə tanınmış azərbaycanlı alim Mir Məmməd Cavadzadənin nəvəsidir.
Hazırda Türkiyədə fəaliyyətini davam etdirən aktrisa, həm kino, həm də televiziya sahəsində uğurlu karyerası ilə tanınır.