"Səhhətinə nə olub? Bəlkə həkim tapaq?".
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, bunu Zaur Kamal aparıcısı olduğu verlişdə model Səmra Hüseynovayla söhbəti zamanı deyib.
Səmra cavabında "Yox, əslində müalicə almışam mən", - bildirib. Zaur modelə bundan sonra "Niyə birdən dəli olursan?", - sualı ilə müraciət edib.
Açıq-saçıq geyimləri və açıqlamaları ilə gündəm olan Səmranın cavabı aparıcı başda olmaqla qonaqları da mat qoyub:
"İnsanlar tanımadıqları ruhlara dəli deyirlər".