ABŞ-ın Kaliforniya şatında lentə alınan görüntülər etirazlara səbəb olub.
Metbuat.az xəbər verir ki, yerli sakin mini ətəkdə olan qızın gecə klubunun qarşısında yanğınsöndürən maşından düşdüyünü müşahidə edib və həmin anları lentə alıb. Qadının dövlətə məxsus maşından düşməsi tənqid olunub. Məlumata görə, qadın rəqqasdır və o gecə klubunda işləyir. Qadının yanğınsöndürən maşına niyə əyləşdiyi müzakirələrə səbəb olub. Məsələ nəzarətə götürülüb.