Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub.
Qlobal.net xəbər verir ki, Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik-leytenantı Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub.
Bundan başqa, Ukraynaın Xerson vilayətinin hələ işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olub. Ölən gənclərin yaxınları ərazinin hazırda Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyib. (Azmedia.az )