photo_85413258
Abşeronda hoteldə GÜCLÜ PARTLAYIŞ: yaralılar var

Abşeronda hoteldə partlayış olub.

Qlobal.net report-a istinadla xəbər verir ki, hadisə "Sun Set" hotelində qeydə alınıb.

İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda əraziyə FHN əməkdaşları cəlb edilib: "Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub".

30.08.2022 20:05
show 169