qadın

Abşeronda DƏHŞƏT: Qardaşı arvadını başqa kişi ilə tutdu, paltarlarını soyunduraraq...

Abşeronda bir nəfərin ölümü ilə nəticələnən xəyanət hadisəsi baş verib.

Məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 1987-ci il təvəllüdlü Qəzənfər Qulamova (ad şərtidir) Latviyada yaşayan qardaşı zəng edərək, arvadı ilə əlaqə yarada bilmədiyini və yaşadıqları mənzilin giriş qapısının üzərində olan kameranın söndürüldüyünü deyib. Buna görə Qəzənfərdən evlərinə gedib, ailəsini yoxlamağı xahiş edib. Qəzənfər ora gedərək qapını açdıqda, evdə qardaşı arvadı ilə cinsi əlaqədə olan gədəbəyli Cavid Əsgərovu (ad şərtidir) görüb. Gördüyü dəhşətli mənzərədən sonra o, qapını bağlayaraq qardaşı arvadı Aygün Fərəcovanı (ad şərtidir) və Cavid Əsgərovu otaqdan çıxmağa qoymayıb. Daha sonra qardaşı arvadının doğmalarını (valideyn və qardaşları) çağırıb. Onlar gələnə qədər isə 1 saat 45 dəqiqə dayanmadan Aygün Fərəcovanı döyüb. Bundan başqa, qardaşı arvadının paltarlarını soyunduraraq öz telefonu ilə çılpaq vəziyyətdə şəkillərini çəkib.
Qızın valideynləri gəldikdən sonra Cavid Əsgərov qarışıqlıqdan istifadə edərək özünü 13-cü mərtəbədən atıb. (milli.az)

10.12.2024 23:19
show 1405