19.09.2020
12:24

ABŞ-ın neft ixracı 10% artıb

Dünyanın ən böyük xam neft istehsalçısı ABŞ-ın neft ixracı bu ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 10% artaraq gündəlik orta hesabla 3,2 milyon barelə yüksəlib.

Marja ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına istinadən xəbər verir ki, ABŞ-ın neft ixracı keçən ilin ilk yarısında gündəlik 2,9 milyon barel təşkil etmişdi.

ABŞ-ın bu ilin ilk yarısında ən çox xam neft ixrac etdiyi ölkələr gündəlik ortalama 389 min barel ilə Kanada və gündəlik 361 min barel ilə Çin olub.

ABŞ-ın Hollandiyaya ixrac etdiyi xam neft miqdarı 11%, İngiltərəyə isə 18% artıb.

Cari ilin ilk yarısında ABŞ-ın xam neft idxalı isə 12% azalaraq gündəlik orta hesabla 6,2 milyon  barel səviyyəsinə geriləyib.

Loading...