ABŞ-da razılığa gəldiyimiz formula Rusiyaya da təklif olunmuşdu: Paşinyan sirləri açdı

Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda erməni jurnalistlərlə söhbətində Rusiyanın vasitəçiliyi ilə regional kommunikasiyaların açılmasının niyə mümkün olmadığına münasibət bildirib.
Qlobal.net xəbər verir ki, Paşinyan bəyan edib ki, onların razılığa gəldiyi eyni düstur Ermənistan tərəfindən Rusiya Federasiyasına təklif olunub.
“Unutmayın, regional kommunikasiyalar məsələsi ilə məşğul olan üçtərəfli işçi qrupu var idi. Biz həmişə bu məntiq çərçivəsində işləməyə hazır olduğumuzu bildirmişik. Bunun nə üçün birbaşa və ya dolayı yolla əngəlləndiyini heç vaxt başa düşməmişik. Bu baş vermədi, çünki gördük ki, prosesləri Ermənistanın suverenliyinə, ərazi və yurisdiksiyasına xələl gətirən istiqamətə yönəltməyə cəhd edilir.
Heç kim bizi qeyri-səmimilikdə ittiham edə bilməz, çünki biz həmişə demişik ki, bu, bizim üçün qırmızı xəttdir. Bu baxımdan, vəziyyətin dəyişməsi ondan ibarətdir ki, bu mətn daha açıq şəkildə yazılıb”, – Ermənistanın baş naziri qeyd edib.