67c6828f7860c202503253319

ABŞ-da Ramazanla bağlı alqışalayiq addım: Azərbaycanlının xahişini yerinə yetirdilər

İlahiyyatçı Elşad Miri ABŞ-da başına gələn hadisəni bölüşüb.

Qlobal.net xəbər verir ki, ilahiyyatçı qaldığı oteldə səhər yeməyi ilə bağlı çətinliklə üzləşdiyini bildirib:

“Bu il Quran ayı olan Ramazanı ABŞ-da keçirməli oldum. Ramazanın ilk günündən etibarən Amerikadayam. Qaldığım oteldə səhər yeməyinin vaxtı sahurla uyğun gəlmirdi. Səhər yeməyi başlayanda sahur yeməyini artıq dayandırmalıydım. Alınmayacağını düşünsəm də, qeydiyyatdakı şəxsə bunu bildirdim. Dərhal dedi ki, sizin üçün səhər yeməyini yarım saat əvvəl başladarıq. Və budur... Sahur saatında hər şey hazırdı. Təşəkkürlər insanlıq"

Fidan
Qlobal.net
04.03.2025 08:34
show 333