photo_57805788
ABŞ-da bir qadın əkizlərini müxtəlif aylarda və illərdə dünyaya gətirib

Amerikanın Kaliforniya ştatında əkizlər aralarında 15 dəqiqə fasilə ilə, amma müxtəlif günlər, aylar və illərdə düyaya gəlib.

 

Bu barədə "Pipl" jurnalı məlumat verib.

 

Fatimə Madriqal adlı qadın 31 dekabr 2021-ci il yerli vaxtla saat 23:45-də Alfredo adı qiyulan oğlunu dünyaya gətirib.

 

15 dəqiqədən sonra isə, 2022-ci il gecə yarısı, yanvarın 1-də Eylin adı verilən qızı doğulub. Oğlanın çəkisi 2, 7 kq, qızın çəkisi 2, 6 kq-dır.

 

Nəticədə əkizlərin doğum günləri müxtəlif günlər, aylar və illərə təsadüf edib. Doğum evində deyirlər ki, belə halların ehtimalı "2 milyondan biridir".

 

"Mənim üçün bu ağlasığmazdır ki, onlar əkizdir, lakin doğum günləri müxtəlifdir. Mən təəccüb edirəm və xoşbəxtəm ki, qızım gecəyarısı doğulub", -əkizlərin anası deyib.

 

Doğuşları qəbul edən ailə həkimi Ana Abril Arias bu hadisəni öz karyerasında ən yaddaqalan hadisə adlandırıb. "2021 və 2022-ci illərdə bu körpələrə sağ-salamat doğulmalarına yardım etmək çox xoş idi. Yeni ili qeyd etməyin çox gözəl üsuludur" -doktor Arias qeyd edib.

İndi Fatimənin və əri Robertin 5 uşağı var. Yenidoğulan əkizlərdən başqa, cütlüyün iki qızı və bir oğlu var. Robertin sözlərinə görə, ailə üzvlərinin hamısı ailənin artımına görə çox xoşbəxtdir.

 

Oxşar hal iki il əvvəl Amerikanım İndiana ştatında baş verib: o zaman qız 31 dekabr 2019-cu ildə, qardaşı isə 30 dəqiqə sonra, artıq 1 yanvar 2020-ci ildə doğulub.

04.01.2022 00:24
193