19.04.2021
14:34
155

Abel Məhərrəmovun oğlu vəzifəsindən azad edildi

Loading...

Prezident İlham Əliyev A.A.Məhərrəmovun Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Qlobal.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılır.

Qeyd edək ki, Anar Məhərrəmov BDU-nun sabiq rektoru Abel Məhərrəmovun oğludur.

Loading...