Azərbaycan İsraildən 1,2 milyard dollara BU SİSTEMİ ALIR – FOTOLAR

Azərbaycan İsraildən təyyarə və raket kimi hava hücumu alətlərindən qorunmaq üçün nəzərdə tutulmuş daha bir Barak MX hava hücumundan müdafiə sistemi alacaq.

“Defence Industry Europe”nin yazdığına görə, alqı-satqının dəyəri 1,2 milyard dollar təşkil edir.

Nəşr bildirir ki, Israel Aerospace Industries (IAI) əvvəllər Azərbaycanda Barak MX-in imkanlarını nümayiş etdirib, sınaqlar zamanı bu sistemin müxtəlif versiyalarının tutucularının bir neçə dəfə buraxılışı olub.

Barak MX – modul tipli mobil hava hücumundan müdafiə sistemidir, müxtəlif modifikasiyalı raketlərdən, eləcə də təyyarələr, helikopterlər və PUA kimi hava obyektlərindən qorunmağa qadirdir. Sistemə müxtəlif mənzilli üç növ tutucu raketlər daxildir: 35 km-ə qədər, 70 km-ə qədər və 150 km-ə qədər. Qeyd etmək vacibdir ki, Barak MX gəmi platformalarında quraşdırıla bilər.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2018-2022-ci illərdə Azərbaycan İsraildən əsas silah idxalçılarından biri olub – İsrailin silah ixracında Azərbaycanın payı 9,1 faiz təşkil edir. (musavat.com)

%D7%9E%D7%A2%D7%A8%D7%9B%D7%AA BARAK MX 1 Azərbaycan İsraildən 1,2 milyard dollara BU SİSTEMİ ALIR - FOTOLARmain qimg aa91f80610218b81a0f613 1 Azərbaycan İsraildən 1,2 milyard dollara BU SİSTEMİ ALIR - FOTOLARbarak air defence Morocco 1 Azərbaycan İsraildən 1,2 milyard dollara BU SİSTEMİ ALIR - FOTOLARAzərbaycan İsraildən 1,2 milyard dollara BU SİSTEMİ ALIR - FOTOLAR

Related Articles

Bir cavab yazın

Back to top button