36 yaşında general olan Fərid Əliyev bu məmurun oğludur
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.
Qlobal.net buta.vs-ə istinadən xəbər verir ki, “general-mayor” ali hərbi rütbəsi verilən polkovnik Fərid Əlibaba oğlu Əliyev daha əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 1987-ci il təvəllüdü Fərid Əliyev bu ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.